Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Prezident xalq rəssamının vəfatı ilə bağlı nekroloq imzalayıb

  22

Prezident İlham Əliyev xalq rəssamı Altay Hacıyevın vəfatı ilə bağlı nekroloq imzalayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

“Azərbaycan incəsənətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, Xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Altay Hacıyev 2019-cu il fevral ayının 12-də ömrünün 88-ci ilində vəfat etmişdir.

Altay Əmir oğlu Hacıyev 1931-ci il aprelin 2-də Bakı şəhərində anadan olmuşdur. O, 1951-ci ildə Əzim Əzimzadə adına Azərbaycan dövlət rəssamlıq məktəbini bitirdikdən sonra bir müddət respublika nəşriyyatlarında kitabların bədii tərtibatı üzrə rəssam işləmiş, 1954–1959-cu illərdə isə Kiyev Dövlət Rəssamlıq İnstitutunun qrafika fakültəsində təhsil almışdır.

1959-cu ildən etibarən beynəlxalq və respublika əhəmiyyətli sərgilərin iştirakçısı olan Altay Hacıyev 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilmişdir. O, 1962–1967-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Mətbuat Komitəsinin baş rəssamı vəzifəsində çalışmışdır.

Altay Hacıyev dəzgah və kitab qrafikası rəssamı kimi Azərbaycan rəngkarlığının inkişafında səmərəli xidmətlər göstərmiş və milli təsviri sənətin inkişafına töhfələr vermiş sənətkarlardandır. Müxtəlif janr və mövzularda çoxsaylı əsərləri ilə geniş şöhrət qazanmış rəssamın fırçasının məhsulu olan tablolar həmişə özünün yaddaqalan kompozisiya həlli, işlənmə üslubu və rəng zənginliyi ilə səciyyələnmişdir. Tarixi-mədəni irsə və milli dəyərlərə ehtiram sənətkarın yaradıcılığının leytmotivini təşkil etmişdir.

Dünya rəssamlıq ənənələrini lazımınca mənimsəmiş Altay Hacıyev uzun illər kitab qrafikası, tərtibatı və illüstrasiyası sahəsində uğurla fəaliyyət göstərmişdir. Kitablara çəkdiyi rəngli illüstrasiyalar sənət nümunələri olaraq rəssamın Azərbaycanın zəngin xalq yaradıcılığı xəzinəsinə dərin bələdliyini özündə təcəssüm etdirir. Onun yaratdığı silsilə lövhələrdə insan əməyinin əzəməti, zəhmətə inamın təntənəsi və gələcəyə ümid rənglərin ən incə çalarlarında ifadəsini tapmışdır.

Altay Hacıyev Azərbaycan xalqının yetirdiyi görkəmli şəxsiyyətlərin unudulmaz obrazlarını məhz qədim miniatür sənətimizə, ədəbi-mədəni fikir tariximizə və çoxəsrlik ənənələrimizə bağlılığı sayəsində tam dolğunluğu ilə canlandırmağa müvəffəq olmuşdur. Bu əsərlər böyük bədii-estetik təsir qüvvəsinə malik olub, vətənə məhəbbət duyğusu təlqin edir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynayır.

Altay Hacıyevin ölkəmizin hüdudlarından uzaqlarda da sənətsevərlər tərəfindən rəğbətlə qarşılanmış qrafika əsərlərinin mühüm bir qismi xarici ölkələrdəki mötəbər muzey və qalereyalarda nümayiş etdirilir, nüfuzlu şəxsi kolleksiyalarda saxlanılır.

Altay Hacıyevin yaradıcılığı yüksək qiymətləndirilmişdir. O, 1982-ci ildə Əməkdar rəssam, 2002-ci ildə Xalq rəssamı fəxri adlarına layiq görülmüşdür. Altay Hacıyev 2004-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Tanınmış rəssam, səmimi insan Altay Əmir oğlu Hacıyevin işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!”

Nekroloqu imzalayıblar:

İlham Əliyev

Mehriban Əliyeva

Novruz Məmmədov

Oqtay Əsədov

Ramiz Mehdiyev

Əli Əhmədov

Eldar Əzizov

Fərəh Əliyeva

Əbülfəs Qarayev

Tahir Salahov

Fərhad Xəlilov

Ömər Eldarov

Cəmil Müfidzadə

Arif Hüseynov.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Xəbər Lenti

| UEFA Bakıda 3 yarışın ev sahiblərini açıqlayacaq

| Teleaparıcının vəzifəyə təyin olunması xəbəri yalan çıxdı

| Sudanda bir illik fövqəladə vəziyyət elan edildi

| Gədəbəydə yaşayış evindən əl qumbarası və partladıcı tapıldı - FOTO

| Venesuelada xalqla ordu arasında qanlı toqquşma - General girov götürüldü

| Putin ölkəsinin yeni silahlarını təriflədi

| Brüsseldə keçiriləcək Ümumavropa Qarabağ mitinqi canlı yayımlanacaq

| Azərbaycan və Türkiyə XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

| “Rafaello” erməniləri qəzəbləndirdi

| Qızılağac Milli Parkı haqqında Əsasnamə təsdiqləndi

| Ramil Usubovdan yeni təyinat

|

Azərbaycan Prezidenti “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiqləyib

| Dənizkənarı Milli Parkı haqqında Əsasnamə təsdiq edilib

| Türkiyədə yaralanan 5 kursantdan biri öldü

| Qubada məktəbdə yanğın olub

| Azərbaycan çempionatında bir oyunda 42 qol vuruldu

|

Ərzaq niyə bahalaşır?

| Məşhur idmançı qayınatasını niyə döyüb? - TƏFƏRRÜAT

| Eduard Məmmədov idman zalı açdı - FOTO/VİDEO

| Moldova prezidentinin korteji qəzaya düşdü

| Fransızlar Ermənistanda qar uçqununun altında qalıblar

| Bakı məktəblisi Tehranda bayrağımızı müdafiə etdi - FOTO/VİDEO

| Pirşağının yolları bərbad vəziyyətdədir - VİDEO

| Rus dilində olan yazı Qazaxıstan tenqesindən silinəcək

| Könül Xasıyevadan öz kirli keçmişlərinin intiqamını alanlar

| Ukraynadakı seçkilərdə kim qalib gələcək? - Politoloq rəyi

| Könül Xasıyevadan öz kirli keçmişlərinin intiqamını alanlar

| Bakıda avtobus yandı - FOTO

| “SOCAR Polymer” zavodları Azərbaycanın qeyri-neft gəlirlərini 19 faiz artıracaq

| “Seksual kölələr”: onlar döyülür, söyülür və zorakılığa məruz qalır

| Bakıda naməlum kişi meyiti tapıldı - FOTO

| Bakıya gedən yol: Avropa Liqasının 1/8 finalının püşkü atıldı

| “Çelsi”yə ağır cəza: transfer qadağan edildi

| “Cibgir Sürəyya” hakim qarşısına çıxarıldı

| Həccə getməyin qiyməti açıqlandı

| Prezident sərəncam imzaladı

| Bakıda maşın aşdı: tıxac var

| Nigeriyada içi pulla dolu təyyarə havaya qalxa bilmədi - VİDEO

| İş adamının evindən oğurluq edən xadimə: Maaşımı vermirdilər

| Bakıda tikinti dayandırılıb? - AÇIQLAMA

| Ukraynadakı seçkilərdə kim qalib gələcək? - Politoloq rəyi

| Gömrük-keçid məntəqələrində yeni yoxlama aparatları quraşdırılacaq

| Bakı yollarının ən böyük problemi - “120-lik” yolda ölümə piyada gedirlər

| Türkiyə millisi komandamıza on qol vurdu

| Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi sahədə mühüm sənədi təsdiqlədi

| Təhsil naziri məktəbdə rəsm çəkdi - FOTO

| Azərbaycanda yeni yol tikiləcək

| Planlaşdırın: 11 uşaq dünyaya gətirən ailəyə kim baxmalıdır?

| Premyer Liqa klubları İntizam Komitəsinin son qərarlarından narazıdır

| Hacı Şahin aparıcılığa başlayır

| Sinoptiklərdən hava müjdəsi

| ABŞ Türkiyəyə dempinq tətbiq etdi

| Paşinyan Lukaşenkonun namizədinə qarşı

| Mehriban Əliyeva Baronessa Emma Nikolsonla görüşüb - FOTO

| Bu il dörd “DOST” mərkəzi açılacaq

| Azərbaycandan Rusiyaya qanunsuz göyərçin keçirmək istədilər

| Dünyanın sonuna sayılı illər qalıb? - Alimlər vaxtı açıqladılar

| Mehriban Əliyeva Qarabağ əlili üçün ev tikdirir - FOTO

| Yasamalda narkotacir tutuldu

| Bərdədə doğuş faciəsi

| Şarm-əş-Şeyx divarla hasarlanır - VİDEO

| Bir əsr əvvəl nəsli kəsilən tısbağa tapıldı - FOTO

| AFFA-da yeni təyinat

| Bakıda məktəbin tualetinə kamera quraşdırılıb - VİDEO

| On milyonuncu Azərbaycan vətəndaşı bu tarixdə doğulacaq

| Maduro Braziliya ilə sərhədi bağlayır

| Metro vaqonları necə təmizlənir? - REPORTAJ

| Yevlaxda keçmiş məhkum öldürüldü

| Azərbaycanda əhali siyahıya alınacaq

| Azərbaycanlı oğlan Abu-Dabinin ən məşhur qəhvəçisidir - FOTO

| Sumqayıtda avtobus qəzasında yaralananların vəziyyəti açıqlandı

| Xocalıdan olan məcburi köçkünlər tibbi müayinədən keçirilib - VİDEO

| Ərini öldürən qadın: Məni hər gün döyürdü, bezmişdim

| Sumqayıtdakı dəhşətli avtobus qəzasının görüntüləri yayıldı - VİDEO

| Leyla Şıxlinskayanın əmlakını mənimsəyənlər həbs edilmədi - HÖKM

| Sağlam bünövrə, sağlam həyat - FOTO/VİDEO

| Sağlam bünövrə, sağlam həyat - FOTO/VİDEO

| Bahar Muradova: İnsanların qorxusuz həyat təminatına diqqət yönəltməliyik

| Kolleclərə qəbul başlayır

| Venesuela “lideri” ilk fərmanını imzaladı

| Moskvada azərbaycanlını öldürməkdə şübhəli bilinən həbs edildi

| Dünya ərzaq qıtlığı astanasında

| Azərbaycanda ən yüksək əməkhaqqı olan sahələr açıqlandı - CƏDVƏL

| Bakıda gənc nişanı günü qəzaya düşdü - VİDEO

| Azərbaycanın Olimpiadada iştirakçı sayı məhdudlaşdırılıb