Deputat Dövlət Reklam Agentliyinin ləğv edilməsini təklif etdi
14
Azərbaycan parlamentinin deputatı Qüdrət Həsənquliyev Dövlət Reklam Agentliyinin ləğv edilməsini təklif edib.
Oxu.Az xəbər verir ki, o, çıxışında qeyd edib ki, gənclərin daha çox olduğu yerlərdə, köşklərin önündə sağlamlığa zərərli olan siqaretin reklamı gedir:
“Halbuki açıq məkanda siqaretin, spirtli içkilərin reklamı qadağandır. Bunun qarşısını Reklam Agentliyi almırsa, deməli, burada korrupsiya faktı var. Demək ki, onlardan rüşvət alınır. Köşklərin ön şüşələri siqaretlə örtülübsə, bundan böyük reklam ola bilərmi? Bu köşklər də məktəblərin yaxınlığında yerləşir. Ümumiyyətlə, reklamların yerləşdirilməsi səlahiyyəti bələdiyyələrə verilməlidir və Reklam Agentliyi ləğv edilməlidir”.
Kamil HƏMZƏOĞLU
Xəbər Lenti
| UEFA Bakıda 3 yarışın ev sahiblərini açıqlayacaq
| Teleaparıcının vəzifəyə təyin olunması xəbəri yalan çıxdı
| Sudanda bir illik fövqəladə vəziyyət elan edildi
| Gədəbəydə yaşayış evindən əl qumbarası və partladıcı tapıldı - FOTO
| Venesuelada xalqla ordu arasında qanlı toqquşma - General girov götürüldü
| Putin ölkəsinin yeni silahlarını təriflədi
| Brüsseldə keçiriləcək Ümumavropa Qarabağ mitinqi canlı yayımlanacaq
| Azərbaycan və Türkiyə XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
| “Rafaello” erməniləri qəzəbləndirdi
| Qızılağac Milli Parkı haqqında Əsasnamə təsdiqləndi
| Ramil Usubovdan yeni təyinat
|
Azərbaycan Prezidenti “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiqləyib
| Dənizkənarı Milli Parkı haqqında Əsasnamə təsdiq edilib
| Türkiyədə yaralanan 5 kursantdan biri öldü
| Qubada məktəbdə yanğın olub
| Azərbaycan çempionatında bir oyunda 42 qol vuruldu
|
Ərzaq niyə bahalaşır?