Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Piyada keçidlərini qaçaraq keçməyə məcbur qalırıq - ŞƏRH

  17

Bakı şəhərində piyada keçidləri bir çox halda səhv təşkil olunub və piyadaların rahat və təhlükəsiz hərəkəti təmin edilməyib. Paytaxtın əksər istiqamətlərində piyada keçidinin olduğunu göstərən nişanlar qoyulsa da, işıqlandırma yoxdur, asfalt örtüyü üzərindəki zolaqlar isə, demək olar ki görünmür. Bu isə həm sürücülərə, həm də piyadalara ciddi təhlükə yaradan məqamlardan biridir.

Dəfələrlə piyada keçidindən istifadə edən şəxslərin də sürətlə gələn avtomobillər tərəfindən vurulduğunun şahidi olmuşuq. Bəs görəsən, əslində, bu istiqamətdə görülməsi vacib olan tədbirlər hansılardır? Piyada keçidləri ilə işıqforda piyadalara ayrılan vaxt bir-biri ilə düz gəlmir. Piyada yolu qaçaraq keçməyə məcbur qalır. Bu, nə dərəcədə doğrudur?

Oxu.Az-ın bu və digər suallarını isə nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev cavablandırıb.

O bildirib ki, nəqliyyat sistemi hamıya əlçatan olmaqla bərabər, bütün cəmiyyət tərəfindən istifadə edilə biləcək istiqamətdə tənzimlənməlidir:

“Dövlət proqramında yol hərəkətinin təhlükəsizliyi haqqında xüsusi müddəalar var. Piyada keçidlərinin düzgün layihələndirilməsi, işarələrin standartlara uyğun şəkildə yerində qoyulması, işıqlandırma məsələləri və s. öz əksini tapıb. Dünyada hər il təxminən 1,2 milyon nəfər yol-nəqliyyat hadisələrində həyatını itirir.

Bu gün dünyada yol-nəqliyyat hadisələri ölüm səbəblərinə görə doqquzuncu yer tutur. Ümumdünya Sağlamlıq Təşkilatı hesab edir ki, 2030-cu ildə ölümlə nəticələnən yol-nəqliyyat hadisələrin sayı artacaq və ölüm səbəblərinə görə beşinci yer tutacaq. Bu hadisələrin böyük əksəriyyəti inkişaf etməkdə olan ölkələrə (Afrika, Asiya, Yaxın Şərq və s.) aiddir.

Digər ölkələrlə müqayisədə, Azərbaycan hər 100 min əhaliyə olan nisbətdə yol-nəqliyyat hadisələri nəticəsində baş vermiş ölümlər üzrə dünyada 55-ci yeri tutur. Bütün bu hadisələrin qarşısını almaq üçün milli yol təhlükəsizliyi strategiyası, sürət məhdudiyyətləri, təhlükəsiz infrastruktur, təhlükəsiz nəqliyyat vasitələri, daha effektiv nəzarət sistemi, baş verə biləcək hadisədən sonrakı tədbirlər sistemli şəkildə hazırlanmalı və tətbiq edilməlidir”.

Paytaxtın mərkəzi küçələrində nizamlanmayan piyada keçidlərinin (zebra xətləri) solğun, hətta görünməyəcək dərəcədə silinməsinə də aydınlıq gətirən ekspert qeyd edib ki, bu, həm sürücülərin, həm də piyadaların təhlükəsizliyini risk altında qoyur:

“Zebra xətləri, əslində, nizamlanmayan piyada keçidi deməkdir. Nizamlanmayan piyada keçidlərinin tətbiqi zamanı xüsusi təhlükəsizlik məsələləri gözlənilməlidir. Fikir versəniz, bəzən o nizamlanmayan piyada keçidləri (zebra xətləri) çox geniş yollara tətbiq edilir. İki, üç, hətta dörd zolaqlı yollara nizamlanmayan piyada keçidi tətbiq etmək özlüyündə təhlükə mənbəyi yaratmaq deməkdir.

Avropa standartlarında infrastrukturun layihələndirilməsi, qayda-qanunlara baxsaq, orada nizamlanmayan piyada keçidləri yalnız bir və ya maksimum iki zolaqlı yollarda qoyula bilər, o da mütləq şəkildə təhlükəsizlik tədbirlərini nəzər almaqla. Buraya nəqliyyat axının sakitləşdirilməsi istiqamətində görülən tədbirlər (metod kimi adi sürət qabarları və ya tramplinlər, yollarda asfalt yerinə daşın istifadə edilməsi, yolun keçid hissələrində təhlükəsizlik adalarının inşası v.s), işıqforların yaxınlıqda quraşdırılması daxildir.

Ümumiyyətlə, bu tədbirlər nəqliyyat vasitələrinin yollarda sürət həddini azaltmasına, eyni zamanda, piyada ölümü ilə nəticələnən nəqliyyat hadisələrinin minimuma endirilməsinə səbəb olur. Avropa praktikasında əgər keçid yol ayrıcında deyil, küçənin ortasında lazımdırsa, bir çox halda belə keçidlər yenə də işıqforla nizamlanmalıdır. Nəqliyyat vasitələrini sürəti azaltmağı məcbur etmək üçün keçid səki səviyyəsinə qaldırıla bilər.

Bəzi hallarda bütün yolayrıcı səki səviyyəsinə qaldırılır. Əgər küçədə iki əks istiqamətli hərəkət zolağı varsa, ortada mütləq təhlükəsizlik adası qoyulmalıdır”.

Ekspertin sözlərinə görə, pilləkənlərdən ibarət yerüstü və yeraltı keçidlər cəmiyyəti yorur:

“Cəmiyyətin təxminən 20%-i bu keçidlərdən istifadə edə bilmir. Təbii ki, söhbət sürətli avtomobil yollarından getmir, burada artıq sözügedən keçidlər zəruridir. Piyadaların belə yollara çıxışı fiziki olaraq məhdudlaşdırılmalıdır, məsələn, yolun ayırıcı zolağından çəpər çəkilməlidir.

Şəhər küçələri isə ictimai zonadır və orada piyada hərəkəti intensiv olmalıdır. Bir dəqiqəlik düşünün: nəyə görə piyada bir şəhər küçəsini qarşıdan-qarşıya keçmək üçün iki mərtəbə düşüb qalxmalıdır? Cəmiyyətin qocası var, şikəsti var, uşaq arabası ilə gəzən qadını var. Axı onlar üçün bu cür yeraltı keçidlər əlverişli deyil. Bundan əlavə, yeraltı və yerüstü keçidlər, qaydalara görə, adətən, 500 metrdən bir tikilir, bu isə həssas təbəqə üçün böyük məsafədir. Düşünürəm ki, bu istiqamətdə ciddi tədbirlərin görülməsinə zərurət var”.

Könül Cəfərli 

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Xəbər Lenti

| Peşə birlikləri və sosial sifarişlər haqqında qanunlar dəyişdirilir

| Voleybol millimizin Avropa çempionatındakı rəqibləri bilindi

| Eskpert: Tramp üçün Qarabağın ermənilərdə olması sərfəli deyil

| Azərbaycan və İsveçrə prezidentləri Davosda görüşüb - FOTO

| Rusiyada azərbaycanlı diaspor lideri mühakimə olunur

| Sabir Hacıyev AŞPA-nın Sosialistlər qrupunun vitse-prezidenti seçildi

| Paşinyan İlham Əliyevlə görüşündən danışdı - VİDEO

| “Hababam sınıfı”nın daha bir aktyoru vəfat etdi

| Rusiyada təyyarəni qaçırıb Azərbaycana gətirmək istədi - VİDEO

| Azərbaycanlılar yanan maşından ukraynalıları xilas etdi - VİDEO

| Prokuror sabiq nazirin qardaşına cəza istədi

| Səməd Seyidov: İmzalamadığımız sənəddən imtina etməyimiz istənilir

| Azərbaycanda bir kişinin iki arvad saxladığı evdən - VİDEOREPORTAJ

| Tərlan Əhmədov: Onun əsli kosovoludur və bunu şişirtməyə lüzum yoxdur

| AzTV-də “təmizləmələr” başladı

| Zoltan Hernyes: Əksər Avropa ölkələrində gender bərabərliyi yoxdur

| Bolqarıstanda qrip epidemiyası

| Yoxa çıxan təyyarədə olan futbolçunun audiomesajı yayılıb - FOTO/VİDEO

| Arzu Əliyevanın həyatında özəl gün

| 2018-ci ildə Azərbaycanda nə qədər şirkət ləğv edilib? - RƏSMİ

| DYP sürücülərə müraciət edib

| XİN başçısı: Gürcüstan və Azərbaycan arasında qarşılıqlı dəstək mövcuddur

| Azərbaycanın “Dostluq” ordeni kavaleri vəfat etdi

| Təyyarəni ələ keçirən rusiyalı müayinədən keçəcək - FOTO

| Qida məhsulları istehsal edənlərin hamısı vergiyə cəlb olunacaq

| Ermənistanın dövlət borcu 148 milyon dollar artıb

| Pakistanda hərbi təyyarə qəzaya uğrayıb: ölən var

| Ailə qadına deyir ki, zorakılığa dözməlisən - RƏY

| Nizami rayonunda su borusu partladı - VİDEO

| Yunan mətbuatından iddia: “Neftçi”nin transferi qanunsuz olub

| Ərdoğan Rusiyaya getdi

| Qazaxıstanın adı dəyişdirilə bilər

| Kirpi qış yuxusundan erkən oyandı, keçəlləşdi - FOTO

| Mübariz İbrahimovu tənqid edən psixoloqdan xəbər var

| Deputat: Bu, onların borcu və missiyasıdır

| Elşad Əhmədov: Türkiyədə dörd oyuna on qol vurduq

| Elşad Əhmədov: Türkiyədə dörd oyuna on qol vurduq

| Sədaqət Qəhrəmanova: Sən qarşına ərə getmək məqsədi qoymusam?

| Daha iki gürcüstanlı “donuz qripi”ndən öldü

| “Neftçi”nin futbolçusunu torta batırdılar - FOTO

| Sinoptiklərdən hava müjdəsi

| Sədr müavini: Boşanmış qadın başqasını sevə bilər

| Venesuelada Uqo Çavesin heykəli yandırıldı - FOTO/VİDEO

| Türkiyədə fahişəlik edən azərbaycanlı saxlanıldı - FOTO

| AzTV-də yoxlamalar başladı: İşdən çıxarılanlar var

| İndoneziya səmasında qeyri-adi görüntü - VİDEO

| Sumqayıtda avtobus piyadanı vurub öldürdü

| Rusiyada qadın “donuz qripi”ndən öldü

| İdris İsayev: Kadrlar işəgötürənlərin tələbinə cavab vermir

| Boyu 165 sm-dən yuxarı olan gənclərin nəzərinə

| Ərini ürəyindən bıçaqlayan qadın hakim qarşısında

| Ərəb şeyxinin qızına “yox” deyən azərbaycanlı modellə müsahibə - VİDEO

| Ən yüksək maaşı olan şəhərlər bəlli oldu

| Nazir müavini: İşsiz gənclər ümumi işsizlərdən iki dəfə çoxdur

| Efirdə ancaq fahişəliyə məcbur edilən qadınlar göstərilir - AÇIQLAMA

| İlin ilk sanksiyası: Üç idmançımızda dopinq aşkarlandı

| Ağcabədidə 14 qoyuna görə fermeri öldürdülər

| Bakıda keçiriləcək yarışda qaliblərə cırtdan veriləcək - FOTO

| Məleykə Abbaszadə magistraturaya qəbul imtahanından danışdı

| “EuroMillions” lotereyası 120 milyon avro mükafatla super-tiraj keçirir

| Suriya Təl-Əvivi hədələdi

| Prezidentin ailəsində özəl gün - FOTO

| Yaqland: Təəssüf ki, bizi yenə ATƏT-in Minsk qrupuna yönəldəcəklər

| Meksika qətllərin sayına görə rekord qırdı

| Azərbaycan nefti ucuzlaşıb

| 300 min avroluq futbolçu rəsmən “Neftçi”də - VİDEO

| “Oskar”a namizədlər açıqlandı - VİDEO

| Deputat: Azərbaycan, Türkiyə kimi ölkələrdə şəriət qanunu tətbiq edilmir

| Bakıda dəhşətli qəza: maşın ikiyə bölündü, sürücü öldü - VİDEO

| Dünyanı içməli su qıtlığı gözləyir

| Niaqara şəlaləsi dondu - FOTO

| Azərbaycanda yüksək vəzifələrə vakant yerlər açıqlandı - ÖZƏL

| Trampa NATO-dan çıxmağı qadağan etdilər

| Mübahisəli oyun epizodu hakimi çətin vəziyyətdə qoydu - VİDEO

| Ağstafada avtobus yanıb

| ABŞ-da müsəlmanların yaşadığı qəsəbəyə hücumun qarşısı alınıb

| DTX: Mədət Quliyevin sosial şəbəkələrdə heç bir səhifəsi yoxdur

| Gənc bloqer telefonu itirdikdən sonra ağlayıb və intihar edib - FOTO

| Salyanda da raket tapıldı - FOTO

| Məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub

| Futbolçunu Kardiffə aparan təyyarə yoxa çıxdı

| Futbolçunu Kardiffə aparan təyyarə yoxa çıxdı

| Davosda İlham Əliyevin Nikol Paşinyanla qeyri-rəsmi görüşü keçirilib

| O aqressiv idi, ailəsindən şikayət edirdi - MƏHKƏMƏ İŞİ

| İlham Əliyev: Əgər siz oturub gözləsəniz, bu, heç zaman baş verməyəcək

| AŞ baş katibi: Azərbaycanla bağlı məsələləri qəsdən siyasiləşdirməyin

| İlham Əliyev Davos Forumu çərçivəsində keçirilən sessiyada iştirak edib

| Qazaxda raketlər aşkarlandı - FOTO

| Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat müşavirəsi keçirildi

| İlham Əliyev “Total”ın baş icraçı direktoru ilə görüşüb

| Sabah Bakının bəzi rayonlarında qaz olmayacaq

| Prezident Davosda Vahid Ələkbərovla görüşdü

| İngiltərə klubundan millimizə çağırılmış futbolçu ilk matçında qol vurub - VİDEO

| İlham Əliyev neft hasilatının azaldılmasından danışdı

| Antalya gündəliyi: “Sabah” Türkiyəni məğlubiyyətsiz tərk edir

| Əli Abdalov Mehman Hüseynovla barışıb - VİDEO

| İsmayıllıda nişanlı qız itkin düşüb

| “Neftçi” “timsahlar”la əməkdaşlığa başladı - FOTO

| Prezident: Azərbaycan KTMT-yə üzv olmağı hələ planlaşdırmır

| Azərbaycan prezidenti Rusiyadan alınan hərbi texnika barədə

| Mənimsəmədə təqsirləndirilən vəzifəli şəxs azadlığa buraxıldı

| “Şahdağ”a dəmir yolunun çəkilməsi planlaşdırılır

| Rusiyada qırıcı qəzaya uğradı