Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Deputat Tahir Kərimlidən təklif: “Yanvar ilk, may çiçək, avqust biçin ayı adlandırılsın”

  18

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Vəhdət Partiyasının sədri, Tahir Kərimli təqvim aylarına milli adların verilməsini təklif edib.

Oxu.Az xəbər verir ki, bu barədə Modern.az-a Tahir Kərimli özü məlumat verib.

Deputat bildirib ki, zaman-zaman böyük dövlətlərdən asılılıq, digər hakim dillərin həyatımıza daxil olması səbəbindən dilimizin əsaslarının zəiflədilməsi prosesi gedib:

"Hesab edirəm ki, ana dilimizin ictimai, məişət və ədəbi həyatımızda daha üstün yer tutmasını təmin etməliyik. Övladlarımıza mümkün qədər daha çox milli adlar qoyulmalı, milli soyad sonluqları seçilməlidir.  Yaradılmış hüquqi şəxslərə - müəssisə və məkanlara milli adlar verilməlidir.  Bunun qanunvericilikdə nəzərdə tutulması da mümkündür".

Deputat bir sıra dövlətlərin təqvim adlarını dəyişmək cəhdlərinin uğursuz olmasının, həmçinin, qarşılaşa biləcəyimiz digər çətinlikləri nəzərə alaraq, Qriqorian təqvimini saxlamaqla, paralel olaraq, təqvim aylarına aşağıdakı milli adları təklif edib:

1. İlk ay (yanvar)

2. Soyuq (çillə ay) ay (fevral)

3. Boz ay (mart)

4. Yağış ayı (aprel)

5. Çiçək ayı (may)

6. Əkin ayı (iyun)

7. İsti ay (iyul)

8. Biçin ayı (avqust)

9. Məhsul ayı (sentyabr)

10. Qızıl ay (oktyabr)

11. Xəzəl ayı (noyabr)

12. Son ay (dekabr)

"Sadə və anlaşılan bu sözlər 100 illərlə xalq dilində işlənib. Və mənasını hamı anlayır. Ukraynalılar "Serpen",  "Jovtnya", "Listopada" ay adları işlətməklə özlərinə böyük hörmət aşılatdıra biliblər. Biz də ən azı məişət və ədəbiyyatda bu adlardan istifadə edə bilərik".

Deputat əlavə edbi ki, bizdən asılı olacaq qədər dilimizdəki əcnəbi sözləri çevirib işlədə bilərik:

“Məsələn, "nəzərinizə çatdırırıq" sözü əvəzinə "baxışınıza veririk", "təklif edirəm" sözü əvəzinə "irəli sürürəm". "Feil" sözü əvəzinə "hərəkət", "və" bağlayıcısı əvəzinə "ilə" və s. yüzlərlə belə sözləri öz dilimizdə anlaşılan şəkildə işlədə bilərik”.

Tahir Kərimli həmçinin qeyd edib ki, milli identifikasiyamızı təsdiq etmək üçün geyim, mətbəx və mədəni həyatımızda özünəməxsusluğu qoruyan atributlarımıza vətəndaşlıq hüququ qazandırmalıyıq.

Deputat eyni zamanda insanları bu təşəbbüsə qoşulmağa və dəstəkləməyə çağırırıb.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Xəbər Lenti

| İngiltərə klubu əfsanəvi futbolçuya tapşırıldı

| Sabunçuda yanğın olub

| Ərəb ölkələrindən gözlənilməz qərar

| Məmmədyarov Ananda məğlub oldu

| Yaponiya Kuril adalarının bir hissəsinə razılaşdı

| Azərbaycan klubu Serbiya komandasına uduzdu

| “Tottenhem” son dəqiqələrdə qələbə qazandı - VİDEO

| Malidə BMT sülməramlıları qətlə yetirildi

| Tibetdə güclü zəlzələ olub

| Rusiya İdlibə zərbə endirdi, ölən və yaralananlar var

| Putinin köməkçisindən Tokioya sərt mesaj

| DİN-dən Şəhidlər Xiyabanındakı insidentə münasibət

| Afinada iğtişaşlar: 10 polis yaralandı

| Tramp amerikalılara səsləndi: Ehtiyatlı olun, evdən çıxmayın

| İsrail qırıcıları Dəməşq aerportuna hücum edib

| Üç ailənin yaşadığı ev yanıb

| UEFA yeni topu təqdim etdi

| Əfqanıstanda qubernatora bombalı hücum olub

| BƏƏ və Səudiyyə Ərəbistanı birgə kriptovalyuta yaradacaqlar

| 27 ildən sonra Şəhid statusu alan Şövkət Ağayevin ailə dramı - FOTO

| BƏƏ və Səudiyyə Ərəbistanı birgə kriptovalyuta yaradacaqlar

| Zaqatalada oğru dəstəsi tutulub

| Azərbaycan 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir - VİDEO

| Dubayda magistrallarından biri “EXPO-2020” adlandırılıb

| İmişlidə yol qəzası nəticəsində bir nəfər ölüb

| Macarıstanda etiraz aksiyaları başlayıb

| Oğuzda avtomobil qəzası olub, xəsarət alanlar var

| 20 Yanvar faciəsi Türkiyə televiziyasında - VİDEO

| 27 ildən sonra Şəhid statusu alan Şövkət Ağayevin ailə dramı - FOTO

| Güllə qoluna, qarnına tuş gəlib, amma bildirməyib - MÜSAHİBƏ

| Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir

| 27 ildən sonra Şəhid statusu alan Şövkət Ağayevin ailə dramı - FOTO

| Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilir - FOTOREPORTAJ

| Sabaha olan hava proqnozu

| Bakıda avtobus yaşlı qadını vuraraq ağır xəsarət yetirib

| İranda 12 yük vaqonu relsdən çıxdı

| Şəhidlərimizin xatirəsi anıldı

| Türkiyədə batan gəminin azərbaycanlı kapitanının meyiti tapıldı

| Güllə qoluna, qarnına tuş gəlib, amma bildirməyib - MÜSAHİBƏ

| Meksikada 76 nəfər boru kəmərinin partlaması nəticəsində ölüb

| Komitə sədri: Bəzi qruplar ölkədə qarşıdurma yaratmağa cəhd edirlər

| Erkal Özoral: Bu, yalnız Azərbaycanın deyil, bütün türk dünyasının qürur günüdür

| Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir

| Paytaxda yaşayış binasında yanğın

| İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

| Ağsuda zəlzələ olub

| 20 yanvar xatirələri: Dostlarım gözümün qarşısında can verdi - VİDEO

| “Tata Steel Masters-2019” şahmat turnirinin səkkizinci turu başlayır

| Qanlı və Şanlı 20 Yanvar!

| 20 Yanvar 1990 - FOTO

| Bioenergetik: Azərbaycan kosmos tərəfindən qorunur

| 20 Yanvar 1990 - FOTO