Prezident mükafatları artırılır - ayda 500 manat



 

Azərbaycanın incəsənət xadimləri üçün hər biri ayda 500 manat olmaqla Prezidentin 130 mükafatı təsis edilib.

Modern.az-ın
 məlumatına görə, bu mükafatların sayı gələn il 150-yə çatdırılacaq. “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində belə qeyd edilib. 


Prezident mükafatlarının sayı 2018-ci ildə 150 mükafat müəyyən edilməklə maliyyə təminatına tələb olunan vəsait Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi üçün proqnozlaşdırılıb.