Akif Əlizadə yenidən AMEA-nın prezidenti seçildi



 

Bu gün AMEA prezidentliyi postuna seçki keçirilib.

"Qafqazinfo" xəbər verir ki, yığıncaqsa say komissiyasına beş nəfərin namizədliyi təsdiq edilib. Daha sonra akademiya prezidentliyinə namizədlər irəli sürülüb. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov çıxış edərək Akif Əlizadənin namizədliyini irəli sürüb.

Yığıncaq üzvləri də Akif Əlizadənin namizədliyini təsdiq edib. 66 nəfər seçkidə iştirak edib.

Beləliklə, gizli səsvermə nəticəsində akademik Akif Əlizadə  yenidən AMEA-nın prezidenti seçilib.

Günel Türksoy