“Qaçqınkom” iddiaları təkzib etdi



 

Bu gün bir neçə saytda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, Nəzarət və təftiş şöbəsinin yaradılması və Namiq İbrahimovun həmin şöbənin müdiri təyin edilməsi ilə bağlı məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, Komitənin mətbuat xidməti belə bir şöbə təsis edilmədiyni açıqlayıb.

Bildirilib ki, belə bir şöbə təsis edilərsə bununla bağlı kütləvi informasiya vasitələrinə məlumat veriləcək.