Azərbaycanlı tələbə İtaliyada göldə boğuldu - Fotolar



 

Roma Universitetində təhsil alan Elnur Babayev göldə boğularaq ölüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə 2 iyunda Kastel Qandolfo şəhərindəki Albano gölündə baş verib.

Politologiya fakültəsinin magistraturasında 2-ci kurs tələbəsi olan 29 yaşlı E.Babayevin cəsədini 3 gündür tapmaq mümkün olmayıb.

Hazırda axtarışlar davam edir.

Qeyd edək ki, evin tək oğlu olan E.Babayev Azərbaycanda Bakı Avrasiya Universitetini bitirib.