Tramp yenə qərarını dəyişdi - İndi də görüşəcəyini deyir
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla təxirə saldığı görüşün baş tutacağını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, o, görüşün əvvəl planlaşdırıldığı kimi 12 iyunda Sinqapurda keçiriləcəyini bildirib.
Maraqlıdır ki, bu açıqlama Rusiya prezidenti Vladimir Putinin Kim Çen Inla görüşəcəyini açıqlamasından bir neçə saat sonra edilib
Xatırladaq ki, Trampın görüşü 25 mayda təxirə salmışdı.