Tramp təxirə saldı, Putin isə Kimlə görüşə hazırlaşır
Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında görüş baş tuta bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dimtri Peskov məlumat verib.
Onun sözlərinə görə, görüşün vaxtı diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.
Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov dünən Şimali Koreyaya səfər etmiş və iki ölkə arasındakı münasibətlərin daha yüksək səviyyəyə gətirilməsi üzrə razılaşma əldə etmişdi.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp isə Kim Çen Inla 12 iyunda Sinqapurda keçirilməsi planlaşdırılan görüşü təxirə salmışdı.