“Azərbaycanda 18 aya qazandığımı Türkiyədə 48 ilə qazana bilmədim”
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Salih Bora Türkiyə mətbuatına müsahibə verib. “Qafqazinfo”nun məlumatına görə, təcrübəli məşqçi maraqlı açıqlamaları ilə diqqət çəkib.
O, ölkəmizdə işlədiyi illəri də xatırlayıb: “Futbol dünyanın ən məşhur idman növüdür və mən bunu anlayıram. Razıyam bal və qaymaq futbolun olsun. Amma digər idman növləri ögey övlad kimi bəslənməsin.
Mən güləşin Fatih Terimiyəm. Azərbaycan milli komandasında işlədim. 2012 London Olimpiyadasında ordaydım. Orada 18 aya qazandığımı Türkiyədə 48 ilə qazana bilmədim. Bizim qazancımız Fatih Terimin qazancının yanında çox azdır”.