“Salah oruc tutmadığı üçün zədələnib”



 

Çempionlar Liqasında “Real” – “Liverpul" finalında Serxio Ramosun zədələdiyi Məhəmməd Salah üçün küveytli din xadimi Mübarək Əl-Bathali şok açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, Əl-Bathali Salahın oyun günü oruc tutmadığı üçün zədələndiyini deyib: "Allah orucu dayandırdığı üçün Məhhəməd Salahı cəzalandırdı. O, canını zədə almaqla qurtardı. Həyatımız Allahın əlindədir və ən düzgünü edir. Bəlkə də zədələnmək Salah üçün mükafat idi".

Qeyd edək ki, Salah dünya çempionatına qatıla biləcək. 25 yaşlı oyunçu mundialda ilk oyunu buraxmalı olacaq.