Çavuşoğlu jurnalistə əsəbiləşdi - “Belə müsahibə olmaz” + Video



 

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunun Almaniyada “Deutsche Welle”nin “Konflikt zonası” verilişində verdiyi müsahibə zamanı gərginlik yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, Çavuşoğlu müsahibənin gedişində jurnalist Tim Sebastyanın tez-tez onun sözünü kəsməsinə əsəbiləşib.

Nazir jurnalistdən onun sözünü kəsməməsini tələb edib:

“Danışmağıma icazə vermirsiniz. Sualınızı verirsiniz, dediyim ilk cümlədən sonra sözümü kəsirsiniz və məndən daha çox şərh verirsiniz. Belə müsahibə olmaz. Sualınızı verin, şərhinizi əlavə edin və mən cavablayana qədər sözümüm kəsməyin. Əgər Türkiyənin Xarici İşlər nazirini bu formada təhqir etmək istəyirsənizsə, bu doğru yol deyil. Siz hörmət etmirsiniz”.

Qeyd edək ki, gərginlik anları videoda 5:37 - 6:25 dəqiqələr arasındadır.