Millimizin üzvü “Qəbələ”dən ayrıldı



 

"Qəbələ"də növbəti ayrılıq baş verib.

“Qafqazinfo” xəbər verir ki, milli komandamızın üzvü Ruslan Qurbanov "qırmızı qaralar"dan ayrılıb. 27 yaşlı hücumçu ilə başa çatan müqavilə uzadılmayıb. Qurbanov sosial şəbəkə hesabında azarkeşlərə təşəkkür edərək, komandaya avrokuboklarda uğurlar arzulayıb.
 
Qeyd edək ki, Ruslan Qurbanov 2016-cı ildə "Neftçi"dən "Qəbələ"yə keçmişdi.
 
"Qəbələ" Famussa Kone, Dion Omar Malone və Vitali Vernidubla da yolları ayırıb.