XİN Cümhuriyyətin 100 illiyi ilə bağlı kitab buraxdı
“Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi. Müsəlman şərqində ilk demokratik respublika (1918-2018-ci illər)" adlı kitab işıq üzü görüb.
XİN mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, kitab XİN və nazirliyin nəzdindəki Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə çap olunub.
Kitab 1918-ci ildən 2018-ci ilə qədər olan dövrü əhatə edərək, girişdən və beş fəsildən ibarətdir.
Qeyd edək ki, ərəb dilində qələmə alınan “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi. Müsəlman şərqində ilk demokratik respublika (1918-2018-ci illər)” adlı kitabın müəllifi AR-ın Misirdəki Səfirliyinin mətbuat attaşesi Emil Rəhimovdur.