“Türkiyə İsrailə əxlaq dərsi keçməsin” - Netanyahu
İsrailin baş naziri Benyamin Netanyahu Qəzza sektorunda fələstinli nümayişçilərə qarşı güc tətbiq edilməsi ilə bağlı Türkiyənin ittihamlarını rədd edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Baş Nazir Ankaranın əxlaq dərsi oxumaq hüququnun olmadığını da bəyan edib.
“Uzun illərdir mülki əhalini bombalayanların, dünyanın ən əxlaqlı ordusuna əxlaq üzrə mühazirələr keçməsinə ehtiyac yoxdur”,-deyə Netanyahu bildirib.