MTRŞ sədrindən sərt tənqid: Bu aparıcılar…



 

Ədəbi dil normaları hansısa bölgənin ləhcəsi əsasında qurulmayıb. Təəssüflər olsun ki, bəzi televiziya kanallarında ədəbi dil normaları pozulur. Telekanallar bu məsələyə diqqət etməli, nöqsanları aradan qaldırmalıdır.

Axar.az xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda bu gün keçirilən tədbirdə deyib.

Nuşirəvan Məhərrəmli xarici dillərdən Azərbaycan dilinə xeyli sözlərin keçdiyini bildirib:

“Bəzi televiziya aparıcıları özünü daha savadlı və müasir göstərmək üçün lüzumsuz yerə xarici sözlərdən istifadə edirlər. Bu, düzgün deyil və əks-effekt verir. Bizi narahat edən məqamlardan biri də aparıcıların vurğunu düzgün işlətməməsi ilə bağlıdır. Belə olan halda izləyici bunu başa düşmür, çünki vurğu yerində deyilməyəndə söz düzgün anlaşılmır”.