Beyləqanda bir bahar günü

Rayon belə gülü-çiçəkli ola həmişə
Bu il başlanandan bəri hər ayın bir neçə gününü doğma rayonda keçirmək qismət olub mənə. Ölkəmizin paytaxtı ilə müqaisədə Beyləqanda yaşamaq indi həmişəkindən daha rahatdır. İşığı, qazı, suyu daim necə lazımdırsa öz qaydasında var. Beyləqanın siyasi atmosferi də xeyli yaxşılaşıb.
Ölkə Prezidenti, cənab Ali Baş komandanın Beyləqana göstərdiyi yüksək diqqət və qayğı öz bəhrəsini tədricən verir. Rayon əlisinin müxtəlif təbəqələrinə daxil olan insanlarla söhbətlərdən aydın hiss olunur ki, rayonda siyasi rəhbərlik dəyişəndən, həmişə kabinetdə yatan icra başçısı Asif Ağayevin Baş Prokuror yanında Rüşvət və Korrupsiya Baş İdarəsinin rayonda keçirdiyi silsilə əməliyyatlardan sonra vəzifədən azad olunması rayon əhalisinin sevincinə səbəb olub.
Cənab Prezidentin Sərəncamı ilə Suraxanı rayonunda icra başçısı vəzifəsində çalışan Əziz Əzizovun Beyləqana icra başçısı təyin olunmasından sonra isə Beyləqan rayonunda bütün ictimai-siyasi proseslər fəallaşıb, şəhid ailələrinə, qazilərə, Qarabağ müharibə veteranlarına münasibət kökündən dəyişib.
İnsanlar icra başçısı Əziz Əzizovun özünü yerli insanlarla mehriban aparması, şəhidlərlərin ad günlərinin keçirməsi, qazilərin və veteranların xeyirində-şərində fəal iştirak etməsi Beyləqan əhalisinin dövlətə və hakimiyyətə bəslədiyi inamı xeyli gücləndirib.
Əziz müəllimin diqqəti və qayğısı sayəsində Beyləqan əhalisinin sifətində razılıq hissini ilk dəfədir görmək məndə çox xoş təəssürat yaratdı.
Təəssüf ki, Beyləqanın icra başçısı haqqında sölədiyim xoş sözləri işçilərdən rüşvət almağa vərdiş etmiş bəzi məmurlar, idarə müdirləri barəsində söyləyə bilmirəm.Bəzi rüşvətxor idarə müdirlərinin Asif Ağayevin dövründəki pis əməllərdən hələ də əl çəkməməmsi təəccüb doğurur.
İcra başçısının uğurlu fəaliyyətinə əsasən, güman edirəm ki, bundan sonra Beyləqanda ümimi durum yaxşıya doğru dəyişəcək...
Abbas