Navalnının qəbrini 5 min adam ziyarət edib - Mərasimə səfirlər də qatılıb



 

Rusiaylı müxalif siyasətçi Aleksey Navalnının ölümünün birinci ildönümündə onun dəfn olunduğu Borisovskoye qəbiristanlığını 5,3 mindən çox insan ziyarət edib.

SeherXeber.org xəbər verir ki, Rusiya mediasının yazdığına görə, qəbri ziyarət edənlər arasında Böyük Britaniyanın Rusiyadakı səfiri Naycel Keysi və Avstraliyanın Rusiyadakı səfiri Con Qirinq də olub.

Bundan əlavə, ABŞ və Aİ-nin Rusiya Federasiyasındakı səfirləri Linn Treysi və Roland Qalaraq da Navalnının məzarı üzərinə gül dəstələri qoyublar.

Məlumatda deyilir ki, müxalif siyasətçinin məzarına yaxınlaşan insanların üzünü kameraya çəkən hüquq-mühafizə orqanları əməkdaşları qəbiristanlıqda növbə çəkiblər.