İranda güclü zəlzələ baş verdi



 

İranın Xuzistan vilayətində 5,4 bal gücündə zəlzələ baş verib.

SeherXeber.org APA-ya istinadən xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerin 15 kilometr dərinliyində baş verib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Qızıl Aypara Cəmiyyətinin qrupları bölgəyə göndərilib.