Tramp andiçmədən dərhal sonra bu sərt addımı ATACAQ



 

ABŞ-nin yeni prezidenti Donald Trampın administrasiyası vəzifəsinin icrasına başladıqdan bir gün sonra Çikaqoda genişmiqyaslı miqrasiya reydinə başlamağı planlaşdırır.

SeherXeber.org
"The Wall Street Journal"ə istinadən xəbər verir ki, yanvarın 2-dən başlaması gözlənilən reyd bütün həftə davam edəcək.

Nəşrin məlumatına görə, ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi əməliyyatı həyata keçirmək üçün 100-200 işçi göndərəcək.