Netanyahu İsrail rəsmilərinə tapşırıq verdi

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin müzakirəçilərinə Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqları davam etdirmək üçün Dohaya getməyi tapşırıb.
“SeherXeber.org ” xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.
Qərar İsrailin müdafiə naziri İsrael Katzın, təhlükəsizlik xidmətlərinin rəhbərlərinin və ABŞ-nin danışıqlar aparan nümayəndələrinin iştirak etdiyi görüşdən sonra qəbul edilib.
Vurğulanıb ki, Qətərə “Mossad” kəşfiyyat xidmətinin rəhbəri Devid Barnea, Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Bara, istefada olan general-mayor Nitzan Alon və siyasi məsləhətçi Ofir Falk gedəcək.