Dünyada növbəti bir diktatora rejimi çökdü
Dünyada növbəti bir diktatora rejimi çökdü. Suriya prezidenti, diktator Bəşər Əsəd hökuməti devrildi. Ölkədən qaçdı. Diktatoranın dayaqları - Rusiya və İran Əsədə qucaq açdı.
Qərbin, o cümlədən ABŞ-ın burada maraqları var və bu eyni ssenari üzrə davam edəcək. Çağdaş siyasi tarixdən gördüyümüz kimi, Amerika öz missiyasına sadiq qalaraq əvvəlcə demokratiyaya keçidin mümkünsüz olduğunu əsas gətirərək "avtoritar dövlət"lə razılaşır. Sonra "dağılmış dövlət" vəziyyəti yaradır və sonda "idarə olunmalı qəbilələr"lə əməkdaşlıq etməyə başlayır.
Fikrimcə, eyni ssenari Şərq dünyası üçün dəyişmədən Suriyada da davam etdiriləcək. Bu ABŞ başda olmaqla Qərbin demokratik dəyərləri gözdən salan yalnış siyasətidir. Buna Qərbin praqmatik maraqları adı qoyulub.
Məlum oldu ki, dikatorun xalqdan oğurladığı daşınan və daşınmaz əmlakda ağlasığmaz dərəcədə oğurladığı sərvəti var. Belə ki,
Əsədin sərvətlərinin ümumi dəyəri Suriyanın 7 illik dövlət büdcəsinə bərabərdir.
Gördüyünüz kimi bir xalqın taleyində sərvətin bu qədər qeyri-münənasib bölgüsün gerçəkdən bir milli faciədir. Paradoksal haldır. Bir insan ölkənin 7 illik dövlət büdcəsindən daha böyük sərvətə sahibliyini ifadə edir.
Yeri düşmüşkən, bu mistik 7 rəqəmi ilə bağlı bir statistika yadıma düşdü. Dünyada da oxşar gəlir bərabərsizliyi hökm sürür.
Bir neçə il bundan öncə dünyada 7 zəngin ailənin sərvəti dünyada 3,4 milyard insanın gəlirlərindən çox olub. Hazırda isə dünyanın ən 10 varlı insanının gəliri dünyada 3,1 milyard nəfər insanın gəlirindən daha çox olmuşdur.
Əsəd hazırda dövlət büdcəsinin 7 qatında sərvəti haqqında yox, azadlıqda necə qalmağın həsrətin çəkir. Əsəd hara, həsrət hara...
Məmməd Talıblı, İqtisadi Təhlil İnstitutunun rəhbəri
SeherXeber.org