İsrail Dəməşqdəki tədqiqat mərkəzini vurub



 

İsrail ordusu Suriyanın paytaxtı Dəməşqdə iranlı alimlərin raket hazırladığı iddia edilən tədqiqat mərkəzinə hava zərbələri endirib.

SeherXeber.org APA-ya istinadən xəbər verir ki, bu barədə “Reuters“ regional təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.

Onlar bildiriblər ki, İsrail Dəməşqin Kəfər Susə məhəlləsindəki böyük təhlükəsizlik kompleksinə üç hava zərbəsi endirib.