Suriyada müxalifət qüvvələri PKK-nın nəzarətindəki ərazilərə daxil olub - VİDEO



 

Suriyanın müxalif Azad Suriya Ordusunun döyüşçüləri Deyr əz-Zora daxil olub.

SeherXeber.org xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, PKK/YPG terrortəşkilatının silahlıları artıq Deyr əz-Zordan qaçıb.

Bildirilir ki, ABŞ-nin dəstəklədiyi bu terror qruplaşması süqut etməzdən bir müddət əvvəl Əsəd hökuməti ilə gizli razılaşma əldə edib. Razılaşmaya əsasən, Deyr əz-Zor da daxil olmaqla böyük bir ərazi onların nəzarətinə keçib.