Ceyhun Bayramov Finlandiya XİN başçısı ilə görüşüb



 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasında iştirakı çərçivəsində finlandiyalı həmkarı Elina Valtonen ilə görüşüb.

SeherXeber.org ” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” sosial şəbəkəsindəki paylaşımında deyilir.

“Görüşdə tərəflər Finlandiyanın ATƏT-ə qarşıdakı sədrliyi zamanı əməkdaşlığın perspektivlərini, eləcə də ikitərəfli gündəlikdəki məsələləri müzakirə ediblər”, - məlumatda bildirilib.

Bayramov Valtonenə Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyət, davam edən mina təhlükəsi və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin hazırkı vəziyyəti barədə məlumat verib