Dünyanın ən varlı 3-cü adamı mirasını kimə qoyduğunu açıqladı



 

Dünyanın 3-cü ən zəngin adamı və "Omaha kahini" kimi tanınan milyarder Uorren Baffet 94 yaşında vəsiyyətini açıqlayıb.

SeherXeber.org xarici KİV-ə istinadla xəbər verir ki, o, 150 milyard dollarlıq sərvətinin 99,5%-ni xeyriyyə qurumlarına bağışlayıb.

Onun mirasının bölüşdürülməsinin 10 il çəkəcəyi bildirilir.

Amerikanın ən məşhur iş adamı Baffet zənginlik sülaləsi yaratmaq istəmədiyini deyib. O bildirib ki, sərvəti şəxsi inkişafa xələl gətirə və münasibətləri çətinləşdirə bilər.
"Mən heç vaxt sülalə yaratmaq istəməmişəm və ya övladlarımdan kənara çıxan planım olub. Mən onların üçünü də çox yaxşı tanıyıram və onlara tam etibar edirəm. Gələcək nəsillər başqa məsələdir”.

Biznesmenin övladları 66, 69 və 71 yaşlarındadır.

Qeyd edək ki, Uorren Baffet 30 avqust 1930-cu ildə anadan olmuş amerikalı milyarder və birja investorudur. O, birja proqnozları ilə milyardlarla dollar qazanan dünyanın ən uğurlu investorlarından biri kimi tanınır. İş adamı “Berkshire Hathaway” şirkətinin CEO-sudur.

Billurə