Nazir BMT-nin azərbaycanlı koordinatoruna vəzifə verdi - FOTO



 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədrinə müşavir təyin edilib. 

SeherXeber.org xəbər verir ki, Qaynarinfo-nun əldə tdiyi məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müvafiq əmri ilə Nəbiyev İlyas Nazim oğlu DSMF sədrinin müşaviri təyin olunub. 

Qeyd edək ki, İlyas Nəbiyev bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının  (BMT) Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT)  koordinatoru vəzifəsində çalışıb.