Suriya ordusu ölkənin şimalında terror təşkilatı PKK/YPG-yə qarşı əməliyyata başlayıb.
SeherXeber.org xəbər verir ki, əməliyyata planına əsasən, ölkənin şimalında Azez şəhərindən Tel Rıfat istiqamətinə hərəkət ediləcək. Bu məqsədlə çoxsaylı Suriya ordusu və hərbi maşın konvoylarla Tel Rifat bölgəsinə doğru irəliləyib.
Suriya mediasının verdiyi xəbərə görə, Hələb ətrafında isə Əsəd qoşunları ilə Heyət Təhrir Şam (HTŞ) silahlı qruplaşması arasında qarşıdurmalar davam edir və qruplaşma Hələb şəhərinin 1 kilometrliyinə qədər yaxınlaşa bilib.
Mürtəza
SeherXeber.org