Tramp şahzadə Harrini ABŞ-dan qova bilər



 

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp şahzadə Harrini ölkədən qova bilər. 

SeherXeber.org Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.

"Heritage Foundation" analitik mərkəzi uzun müddətdir ki, şahzadə Harrinin məlumatlarını dərc etməyi planlaşdırırdı, lakin ABŞ-ın hazırkı prezidenti Co Baydenin qadağasından yan keçə bilməyib.

Şahzadənin ABŞ-dakı viza statusu onun öz xatirələrində müxtəlif qadağan olunmuş maddələrdən istifadə etdiyini etiraf etdiyi üçün sual altına düşüb. Qeyd olunur ki, ABŞ-a giriş qaydalarına əsasən, bu məlumat onun immiqrasiya sənədlərində göstərilməli idi. Lakin bu sənədlər bu günə qədər açıqlanmayıb. Gözlənilir ki, Amerikanın yeni administrasiyası dövründə bu məlumat açıqlana bilər və Harrinin özü deportasiya oluna bilər.

Eyni zamanda Trampın özü də bu ilin martında bəyan etmişdi ki, yenidən dövlət başçısı seçilərsə, Britaniya kral ailəsinin üzvünün viza üçün müraciət edərkən narkotik qəbul etməsi ilə bağlı yalan danışdığı aşkarlanarsa, ABŞ-da yaşayan şahzadə Harrini ölkədən deportasiya edə bilər.