Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Estoniyalı həmkarı Marqus Tsaxkna ilə görüşüb.
Bu barədə SeherXeber.org a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişafı üçün yüksəksəviyyəli qarşılıqlı səfərlərin və davamlı siyasi dialoqun əhəmiyyəti vurğulandı.
Nazir Ceyhun Bayramov eston həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı perspektivlər və çağırışlar barədə məlumatlandırıb.