Paşinyanın Ermənistanı təhlükəyə atan "söz və sülh oyunu"



 

Paşinyan və komandası sülhdən danışsa da,   masada bölgədə dayanıqlı və davamlı sülhün əldə edilməsinə xidmət edən əsas şərtlərdən yayınaraq danıqşıları uzatmaqla vaxt qazanmağa çalışır. Bir sözlə Ermənistan hər zaman olduğu kimi, yenə də sülh danışıqları altında imitasiya və spekulyasiya ilə məşğul olmaqla sülh hazır olmadığını  nümayiş etdirir. 

Bununla da Ermənistan real sülhün əldə olunmasına  xələl gətirməklə bölgədə gərginliyin davam etməsinə, Cənubi Qafqazdakı maraqlı güclərin toqquşmasına geniş fürsətlər yaradır.
Ermənistanın real sülh danışıqlarında maraqlı olmadığını baş nazir Nikol Paşinyan 10 sentyabrda İrəvanda  keçirilən “İrəvan dialoqu” adlı forumda çıxışı zamanı bir daha  sübut etdi. Paşinyan çıxışında bölgədə dayanıqlı sülhün əldə olunması üçün Bakının irəli sürdüyü əsas  təkliflərdən yayınaraq  məsələni tamam başqa məcraya yönəltməyə çalışdı.

Paşinyan komandası Bakının əsas şərti Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının çıxarılması, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və digər məsələlərdən yayınmaqla  gələcəkdə ikitərəfli münasibətlərdə yarana biləcək  mövcud problemlərin həllini növbəti mərhələyə saxlamağa çalışır. 
Bakının irəli sürdüyü şərtlər, xüsusən də Konstitusiyada Azərbaycana qarşı ərazi iddiaları çıxarılmadan bölgədə hər hansı dayanıqlı sülhdən danışmaq mənasızdır.  ümumiyyətlə yaxın bir neçə ildə  İrəvanla Bakı arasında hər hansı  dayanıqlı sülhdən danışmağa dəyməz. 
İrəvan yaxşı anlayır ki, Bakı bu şərtlər   həllini tapmadan  sülh sazişinə imza atmayacaq.  Bunu bilən İrəvan həm danışıqlar prosesini uzadıb vaxt qazanmaq istəyir, həm də  bu yolla lazım gəldikdə Bakını ittham etmək yolunu seçir.  

Birincisi, 2026-cı ildə Ermənistanda növbəti seçkilərdir və  həmin seçkilərədək Paşinyan komandasının Konstitusiyaya dəyişiklik etməsi real deyil.

Paşinyan komandası seçkidə qalib gələrsə, o zaman Konstitusiyada dəyişiklik məsələsinə baxa bilər. O zaman da reallıqlar necə olacaq, onu kimsə deyə bilməz. Paşinyan komandası Bakının irəli sürdüyü şərtləri nəzərə alacaqmı?... Ermənistan real sülhdə  maraqlı olarsa, o zaman Konstitusiya dəyişikliyi ilə bağlı referendum 2027-ci ildə baş tuta bilər.  Bu isə onu deməyə əsas verir ki, sülh isə 2028-ci ildən tez ola bilməz.

İkincisi, Paşinyan seçkidə uduzarsa. o zaman  tamamilə fərqli situasiya yaranacaq. Kim təminat verə bilər ki, qalib gələn tərəf Paşinyanın imzaladığı sənədlərdən, hətta müəyyən şərtlər daxilində imzalanacaq çərçivə sülh sazişindən   imtina etməyəcək və onları etibarsız hesab etməyəcək. Belə hal ola bilər. Çünki Ermənistan imzasına  hörmət etməyən, bölgədə maraqlı güclərin əlində  alət rolunu oynayan bir marionet ölkədir. 

Ermənistan marionet ölkə olduğundan hər zaman  həm erməni dövlətçiliyinə, həm də bütövlükdə bölgənin təhlükəsizlyinə ciddi təhdid olub. 

Bölgədə dayanıqlı sülhün imzalanmasına inam  o zaman yaranacaq ki, Ermənistan Bakının irəli sürdüyü şərtlər daxilində  Konstitusiyaya dəyişikliklər ediləcək.

Bu şərtlər qəbul olunmayınca  Ermənistan  beynəlxalq aləmdən təcrid olunmuş vəziyyətdə qalmaqla davam edəcək və öz təhlükəsizlik sisteminə əlavə təhdidlər yaradacaq. 

Əgər İrəvan Ermənistanın həqiqətən müstəqil dövlət olmasını, uuznömürlülüyünü və inkişafını istəyirsə, o zaman Paşinyan, ümumiyyətlə İrəvan bu söz oyunlarından əl çəkərək real sülh istiqamətində addımlar atmalıdır. Əks təqdirdə Ermənistanın gələcək taleyi sual altında olacaq.

Mürtəza
SeherXeber.org