Narinin anası, atası və qardaşı saxlanıldı



 

Türkiyənin Diyarbəkir şəhərində meyiti tapılan 8 yaşlı Narin Güranın istintaqı ilə bağlı 21 nəfər saxlanılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılanlar arasında onun valideynləri və qardaşı da var.

Şüphəlilərin dindirilməsi davam edir.

Xatırladaq ki, Narin Güranin qardaşı daha əvvəl də istintaq çərçivəsində saxlanılmışdı.

Bundan əvvəl də hadisə ilə bağlı azyaşlının əmisi, həm də Tavşantəpə kəndinin muxtarı olan Sami Güran həbs edilib.