Qazaxıstanda 140-dan çox məktəbli qidadan zəhərlənib



 

Qazaxıstanın Manqistau vilayətində kütləvi qida zəhərlənməsi nəticəsində 141 nəfər zərər çəkib.

SeherXeber.org xəbər verir ki, bu barədə yerli KİV Regional Səhiyyə İdarəsinə istinadən xəbər yayıb.

Qeyd olunur ki, sentyabrın 6-da axşam saatlarında Munaylı rayonundakı 8 saylı məktəbin şagirdləri qarın ağrısı və bədən istiliyinin yüksəlməsindən şikayət etməyə başlayıblar.

“Hazırda regionda xüsusi qərargah yaradılıb, 82 nəfər ev nəzarətindədir, 16 uşaq isə xəstəxanadadır İstintaq başlayıb”, - məlumatda deyilir.

Zəhərlənmənin səbəbləri aydınlaşdırılır.