Husilər ABŞ dronunu vurub?
Yəmənin üsyançı “Ənsar Allah” (husilər) hərəkatının hava hücumundan müdafiə qüvvələri Amerikanın “MQ-9 Reaper” kəşfiyyat və zərbə dronunu vurub.
SeherXeber.org xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya “Ənsar Allah”a məxsus “Al Masirah” telekanalının efirində bildirib.
“Yəmənin hava hücumundan müdafiə sistemləri Amerikaya məxsus “MQ-9” dronunu Marib əyaləti üzərində səmada düşmənçilik hərəkətləri həyata keçirərkən vura bilib”, – Səriya vurğulayıb.
Onun sözlərinə görə, bu, eskalasiya başlayandan bəri üsyançıların Yəmən səmasında vurduğu ABŞ Hərbi Hava Qüvvələrinin bu tipli səkkizinci dronudur.
“Ənsar Allah” sözçüsü qeyd edib ki, husilər ABŞ və Böyük Britaniyanın hərəkətlərinə qarşı çıxmaq üçün “müdafiə imkanlarını gücləndirirlər”.