Prezident Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri ilə görüşüb



 

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 6-da Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih ilə görüşüb.

SeherXeber.org xəbər verir ki, görüş İtaliyanın Çernobbio şəhərində baş tutub.