Kremli Paşinyan yox, "Zəngəzur dəhlizi" maraqlandırır - Ekspert



 


Paşinyan hakimiyyəti Moskvanı artıq maraqlandırmır və bu baxımdan da ona ciddi əhəmiyyət vermir.

SeherXeber.org xəbər verir ki, bunu siyasi texnoloq Vigen Akopyan deyib.

Onun sözlərinə görə, hakimiyyət onu da yaxşı başa düşür ki, Lukaşenkonun Ermənistan haqqında səsləndirdiyi fikirlər də Putinin sözləridir. 

Əlavə edib ki, Ermənistan hakimiyyəti də bundan Qərb qarşısında xal toplamağa və Rusiyaya cavab verə və ona qarşı fəaliyyət göstərə biləcəklərini göstərməyə çalışır.

“Bu, Qərbin onları çətin vəziyyətdə xilas edəcəyi ümidi ilə edilir”, - ekspert bildirib.

O əlavə edib ki, Rusiya artıq Paşinyanla maraqlanmır: “Son vaxtlara qədər belə deyildi, çünki Paşinyanın yeritdiyi siyasət Moskvanın Ermənistanın strateji müttəfiqi kimi öhdəliklərini yerinə yetirməməsini, habelə Rusiya Federasiyasının Bakı və Ankara ilə yaxınlaşmasını qanuniləşdirdi.

Ermənistan indi Moskvanı yalnız Zəngəzurdan keçən dəhlizə nəzarət məsələsi maraqlandırır ki, heç olmasa Qərbin nəzarəti altına düşməsin”, - Akopyan bildirib.

Mürtəza
SeherXeber.org