İtaliyanın "Atalanta" klubunun qapıçısı Xuan Musso karyerasını İspaniyada davam etdirəcək.
SeherXeber.org xəbər verir ki, 30 yaşlı argentinalı qolkiper sözügedən ölkənin "Atletiko" (Madrid) kollektivi ilə anlaşıb.
O, icarə əsasında paytaxt komandasının uğurları üçün çalışacaq.
Qeyd edək ki, Musso son üç mövsümü "Atalanta"nın heyətində keçirib. Bu müddət ərzində əlcək sahibi 99 görüşdə iştirak edib.