AFFA rəsmisi Könül Mehdiyeva UEFA-dan təyinat alıb



 

AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva Çempionlar Liqasının I təsnifat mərhələsinin iki matçında UEFA nümayəndəsi olacaq.

SeherXeber.org  xəbər verir ki, o, qadınlar arasında Çempionlar Liqasının I təsnifat mərhələsinin iki matçında UEFA nümayəndəsi olacaq. Hər iki görüş eyni gündə - sentyabrın 4-də oynanılacaq.

K.Mehdiyeva ilk olaraq, "Qazyqurt" (Qazaxıstan) - "Sofiya" (Bolqarıstan) oyununda iş başında olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

AFFA İcraiyyə Komitəsinin üzvü saat 21:00-da start götürəcək "Yunion" (Lüksemburq) - "Qalatasaray" (Türkiyə) görüşündə də eyni vəzifəni yerinə yetirəcək.