UEFA Azərbaycan klublarına ödəniş edib - MƏBLƏĞ



 

UEFA 2024/2025 mövsümündə avrokuboklarda (Avropa Liqası, Konfrans Liqası) mübarizə aparan Azərbaycanın 3 klubuna ödəniş edib.

SeherXeber.org AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ödənişlər “Zirə”yə Avropa Liqasındakı, “Sumqayıt”a (tam ödəniş) və “Sabah”a isə Konfrans Liqasındakı çıxışa görə edilib.

"Zirə" 349600, "Sabah" 174600 avro qazanıb. "Sumqayıt"a isə tam ödəniş olaraq 524600 avro ayrılıb.

Qeyd edək ki, ödənişlər AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.