"Beşiktaş" və "Fənərbağça"nın sabiq baş məşqçsi vəfat edib



 

Türkiyədə “Beşiktaş”, “Fənərbağça” və “Bursaspor”u çalışdırmış alman məşqçi Kristof Daum vəfat edib.

“Report” xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən alman mütəxəssis 70 yaşında həyatla vidalaşıb.

Qeyd edək ki, K.Daum Türkiyə klubları ilə yanaşı Almaniyada “Bayer 04”, “Ştutqart”, “Köln”, “Ayntraxt”ı, Belçikada “Brügge”ni, Avstriyada “Austriya”nı, həmçinin Rumıniya millisini də çalışdırıb. Türkiyədə 3 dəfə ölkə çempionluğu yaşamış mütəxəssis, həmçinin ölkə kubokunu (2) və “Cümhurbaşqanlığı Kuboku”nu (1) qazanıb.