Tehrandan İrəvana növbəti XƏBƏRDARLIQ



 

İran ABŞ-nin Ermənistandakı mövcudluğunu qəbul etmir və buna müsbət yanaşmır. 

SeherXeber.org xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənaninin bu fikrini İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti yayıb.

Onun sözlərinə görə, İranla Ermənistan arasında münasibətlər kifayət qədər konstruktiv və yaxındır.

“Lakin biz ABŞ-nin regionda mövcudluğunu qəbul emirik. Biz bununla bağlı narahatlığımızı erməni həmkarlarımıza bildirdik”, - o qeyd edib.

Mürtəza
SeherXeber.org