Tyaqo Alkantara "Barselona"nı tərk edib



 

Tyaqo Alkantara İspaniyanın "Barselona" klubunun məşqçilər korpusunu tərk edib.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı sabiq futbolçunu Kataloniya təmsilçisinin gənclərdən ibarət komandası ilə işləyən Arnau Blanko əvəzləyib. İyulda karyerasnı bitirdiyini elan etdikdən sonra T.Alkantara "Barselona" klubunda baş məşqçi Hans Flikin köməkçisi vəzifəsinə təyin olunmuşdu.

Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü Çempionlar Liqasının (2) və Klublararası Dünya Çempionatının qalibi, 7 qat Almaniya, 4 qat İspaniya çempionudur. O, İspaniya millisində meydana çıxdığı 46 oyunda 2 qolla yadda qalıb.