Bakının Səməd Vurğun küçəsində əlbəyaxa dava baş verib.
SeherXeber.org -ın məlumatına görə, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, "Niaqara" şadlıq sarayının qarşısında toydan çıxan şəxslər arasında mübahisə yaranıb. Nəticədə, onlar bir-birlərini yumruqlamağa başlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Oxu.Az-a bildirib: "Davada iştirak edən şəxslərdən biri, 1981-ci il təvəllüdlü M.Həsənov müəyyən edilib, izahatı alınıb.
Əlavə araşdırmalar davam etdirilir".
Həmin görüntüləri təqdim edirik: