Ermənistan yeni müharibəyə hazırlaşır – Araşdırma
İqtisadiyyat və Sülh İnstitutu (IEP) dünyanın hərbi sənayelərindəki tendensiyaları təsvir edən “Militarizasiyada Mövcud Trendlər” adlı hesabat dərc edib.
SeherXeber.org Caliber-ə istinadən xəbər verir ki, hesabata görə, hərbi sektor KXDR-də iqtisadiyyatda ən mühüm yeri tutur (2023-cü ilin məlumatlarına görə ÜDM-in ən azı 24%-i). Əfqanıstanın (10%), eləcə də Yaxın Şərq və Afrika ölkələri: Oman (5,9%), Əlcəzair (4,8%), Mali, Mərakeş və Səudiyyə Ərəbistanının (hər biri 4,5%) ÜDM-də mühüm yer tutur.
ABŞ iqtisadiyyatında hərbi xərclərin payı 3,1% təşkil edir. Müqayisə ğüçün qeyd edək ki, cəmi 15 il əvvəl bu rəqəm 4,7% idi. Rusiyada bu rəqəm 2,4%, İranda 2,2%, Türkiyədə isə 0,7% təşkil edir. Qonşu Gürcüstanda hərbi xərclərin payı 2008-ci ildən 6,6% azalaraq cəmi 1,3% təşkil edir. İndi hesabat məlumatlarını oxuduqdan sonra ortaya çıxan əsas suala gəlirik.
Ermənistanın hərbi xərcləri 4,2% təşkil edir ki, bu da Azərbaycandan 3,8% çoxdur. Təəccüblüdür, elə deyilmi? Biz tez-tez ölkəmizə qarşı ittihamları eşidirik ki, Azərbaycan silahlanmaqda davam edir və bu proses guya regionda sabitliyə təhlükə yaradır və rəsmi Bakının Ermənistanla sülh sazişi