"Yuventus" qapıçısı ilə yollarını ayırır?



 

İtaliyanın "Yuventus" klubu qapıçısı Voyçex Şesnınin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilə bilər.

SeherXeber.org xəbər verir ki, polşalı qolkiperin "qoca sinyora" ilə 2025-ci ilə qədər sözləşməsi davam etsə də, əlcək sahibi karyerasını bitirmək barədə düşünür.

Həmçinin Turin təmsilçisinin yeni baş məşqçisi Tyaqo Motta 34 yaşlı qapıçını heyətdə görmək istəmir.

Qeyd edək ki, 2017-ci ildən "Yuventus"da çıxış edən Şesnı ötən mövsüm A Seriyasında 35 oyun keçirib və 15 görüşdə qapısını toxunulmaz saxlamağı bacarıb.