Üçüncü dövlətlər Ermənistanı geosiyasi döyüş meydanına çevirməyə çalışırlar - Konsul Morteza Abedin Varamin




 

Üçüncü dövlətlər Ermənistanı geosiyasi döyüş meydanına çevirməyə çalışırlar.

SeherXeber.org xəbər verir ki, bunu İranın Qafandakı baş konsulu Morteza Abedin Varamin "Sputnik Ermənistan"a müsahibəsində deyib. 

İki ölkə arasındakı dostluq münasibətlərinin tarixi kökləri olduğunu qeyd edən iranlı diplomat bildirib ki, dünyada ölkələr və liderlər arasında onlardakı kimi sıx dialoqun nümunələri çox azdır: "Bu, Ermənistanın bizim üçün əhəmiyyətini göstərir". 

İranın yeni rəhbərliyinin Ermənistana münasibətinə gəldikdə isə iranlı diplomat deyib: "İran qanunvericiliyi elə qurulub ki, prezidentin dəyişməsi heç nəyi dəyişməyəcək. Prezident Pezeşkian və cənab Paşinyan da söhbət zamanı bu mövzuya toxundular".

İran-İsrail eskalasiyası, Yaxın Şərqdə böyük müharibə təhlükəsinin İranın Cənubi Qafqaza diqqətinin zəifləməsinə  gəldikdə isə konsul bildirib ki, müxtəlif ölkələr İranın diqqətini yayındırmağa çalışırlar. "Üstəlik, elə ölkələr var ki, bu regiondan minlərlə kilometr aralıda yerləşsələr də, yerli proseslərə müdaxilə edərək Ermənistanı strateji qarşıdurma zonasına çevirməyə çalışırlar. Bu ölkələr və bu insanlar burada olmamalıdır. Xamenei düşmənlərin olduğunu deyəndə bunu da nəzərdə tuturdu.

Biz bu ölkələrə deyirik ki, Ermənistana işinə qarışmayın, imkan verin öz yolu ilə getsin. Heç kim Ermənistana kiminlə dostluq qurmalı və kiminlə dostluq etməməli olduğunu deməməlidir. Ermənistan isə öz yolu ilə getməlidir. Ukrayna münaqişəsi həqiqətən də erməni xalqı üçün bir növ dərs olmalıdır", - o qeyd edib.