Paris-2024: Azərbaycan medal sıralamasında 23-cü sırada yer alıb



 

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 23-cü pillədə qərarlaşıb.

SeherXeber.org -ın məlumatına görə, hələlik komandanın aktivində iki qızıl mükafat var.

Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.

Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib. Azərbaycanla birlikdə Serbiya da (2 qızıl) 23-cüdür.

Ukrayna (2 qızıl, 2 gümüş, 3 bürünc) 18-ci, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 28-ci, qardaş ölkə Türkiyə (1 gümüş, 2 bürünc) 54-cü, Ermənistan (1 gümüş) 58-ci, İran (1 bürünc) 69-cu sıradadır.

İlk "üçlük"də ABŞ (24 qızıl, 31 gümüş, 31 bürünc), Çin (22 qızıl, 21 gümüş, 16 bürünc) və Avstraliya (14 qızıl, 12 gümüş və 9 bürünc) yer alıblar.

Hələlik 76 ölkə medal əldə edə bilib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.