Millimizin üzvü karyerasını Finlandiyada davam etdirəcək



 

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü karyerasını Finlandiyada davam etdirəcək.

SeherXeber.org  xəbər verir ki, Niderland təmsilçisi "Eyndhoven"dən ayrılan 25 yaşlı yarımmüdafiəçi HİK-ə keçib.

O, Helsinki klubu ilə 2.5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Ozan Can Kökçü 2022-ci ildən "Eyndhoven"in formasını geyinib.