"Qarabağ"ın növbəti mərhələdəki rəqibi bəlli olur



 

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.

SeherXeber.org  xəbər verir ki, cavab görüşləri çərçivəsində 7 matç baş tutacaq.

Təmsilçimiz "Qarabağ"ın rəqibi isə "Dinamo Minsk" - "Lüdoqorest" görüşünün qalibi olacaq.

Bu komandalar arasında keçirilən ilk görüş "Lüdoqorets"in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, "Qarabağ" "Linkoln"la görüşdə iki oyunun nəticəsinə əsasən, 7:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb və 11-ci dəfə Avrokuboklarda qrup mərhələsində çıxış etmə haqqına yiyələnib.

Qeyd edək ki, III təsnifat mərhələsinə avqustun 6-da start veriləcək.

Çempionlar Liqası

II təsnifat mərhələsi

Cavab oyunları

31 iyul

21:00. RFŞ - "Bodo Qlimt"

İlk oyun - 0:4

21:15. "Midtulland" - "Santa Koloma"

İlk oyun - 3:0

22:00. "Makkabi" T-Ə - "Styaua"

İlk oyun - 1:1

22:00. "Partizan" - "Dinamo Kiyev"

İlk oyun - 2:6

22:30. "Yagellonya" - "Panevejis"

İlk oyun - 4:0

22:45. "Dinamo Minsk" - "Lüdoqorets"

İlk oyun - 0:2

23:00. "Borats" - PAOK

İlk oyun - 2:3